“Hazırda ölkənin bütün regionlarının meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində meşəbərpa tədbirləri davam edir və hər bölgənin iqlim şəraitinə uyğun Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən müxtəlif növ ağac tingləri əkilir, toxumlar səpilir”.
Bu barədə Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib. Onun sözlərinə görə, təkcə ötən həftə ərzində Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən 186 hektar meşə fondu torpağında meşə əkini və səpini işləri aparılıb, 136 min 900 ədəd ağac tingi əkilib, 358 min 640 çalaya müxtəlif ağac və kol cinslərinə aid toxum səpilib.
Xidmət rəisi bildirib ki, payız ağac əkini mövsümü başlayandan bugünədək ümumilikdə 615 hektar meşə fondu torpağında meşəbərpa tədbirləri aparılıb, 637 mindən artıq ağac əkilib, çala səpin üsulu ilə 1 milyon 180 min 71 çalaya ağac və kol cinslərinə aid toxum səpilib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Beş gündə meşə fondu torpaqlarında 181 mindən çox ağac əkilib
2025-ci ilin ilk altı ayında icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumat
2025-ci il üzrə Azərbaycan Respublikasının dövlət və icmal büdcələrinin icrasına (operativ) dair məlumat
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib