azturkxeber.az
http://azturkxeber.az

“Real Madrid”in itkilərinin sayı 8-ə yüksələ bilər

27-11-2024

 İspaniyanın "Real Madrid” klubunun 3 futbolçusu UEFA Çempionlar Liqasının əsas mərhələsində İngiltərə “Liverpul”u ilə keçiriləcək V tur oyunundan öncə sarı vərəqə limitindədir.

azturkxeber.az xəbər verir ki, Madrid təmsilçisinin heyətində Luka Modriç, Eduardo Kamavinqa və Lukas Vaskes bugünkü matçda sarı vərəqə alacaqları təqdirdə cəzalı duruma düşəcəklər.

Bu isə o deməkdir ki, “kral klubu” VI turda İtaliya “Atalanta”sı ilə görüşə 8 itki ilə çıxa bilər. Çünki hazırda “Real Madrid”in beş futbolçusu - Vinisius Junior, Rodriqo, Daniel Karvaxal, Eder Militao və David Alaba zədəlidir.

Qeyd edək ki, “Real Madrid”in “Atalanta” ilə oyunu dekabrın 10-da keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2024    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
252627282930