azturkxeber.az
http://azturkxeber.az

Akademik Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

26-11-2024

Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib.

Filarmoniyadan  bildirilib ki, tədbirdə çıxış edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı proqram haqda dinləyicilərə məlumat verib.

Bədii rəhbər və baş dirijor, Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə solistlər - Xalq artistləri Nəzakət Teymurova, Gülyanaq Məmmədova, Samir Cəfərov, Əməkdar artistlər Almaz Orucova, Sahib Paşazadə, Ramil Qasımov, Televiziya Muğam müsabiqəsinin laureatı Zabitə Alıyeva və beynəlxalq müsabiqələr laureatı Fəxri Kazım-Nicat öz ifalarını musiqisevərlərə təqdim ediblər.

Proqramda Azərbaycan bəstəkarlarının əsərləri səslənib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2024    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
252627282930