Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə və təlimlər başlanır.
Mərkəzdən bildirilib ki, müsahibələrə noyabrın 20-dək DİM-in saytında qeydiyyatdan keçmiş 690 namizəd dəvət olunacaq.
Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları tərəfindən aparılacaq müsahibələr DİM-in inzibati binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299) və regional bölmələrində təşkil olunacaq.
Müsahibənin vaxtı və yeri namizədin öz anketində qeyd etdiyi elektron poçt və ya mobil telefon nömrəsi vasitəsilə bildirilir.
Müsahibəyə gələrkən aşağıda qeyd olunan sənədlər təqdim edilməlidir:
- Şəxsiyyət vəsiqəsi və surəti;
- Buraxılış rejimini aparan əməkdaşın anketi (dim.gov.az saytında (https://eservices.dim.gov.az/muhafize_qeyd/userlogin.aspx) elektron anket təsdiq etdikdən sonra çap edilərək namizəd tərəfindən imzalanır);
- İş yerindən arayış (iş yeri olduğu halda);
- Anketində qeyd etdiyi bank rekvizitləri (rekvizitlərin aid olduğu bankdan möhürlü kağız formasında alınmalıdır);
- Təhsil haqqında sənədin əsli və surəti;
- Məhkumluğun olmamasına dair arayış (“ASAN xidmət” mərkəzlərində ödənişsiz əldə edilir).
Təqdim edilmiş məlumatlar müvafiq dövlət qurumlarının elektron informasiya bazalarında yoxlanılacaq və hər hansı uyğunsuzluq aşkar edilərsə, namizədin müraciəti ləğv olunacaq.
Müsahibədən uğurla keçən şəxslər müvafiq təlimə cəlb olunacaq.
Müsahibə və təlimlər ödənişsizdir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
AMEA-nın prezidenti Naxçıvan Bölməsində institutların hesabatını dinləyib
COP29 çərçivəsində "Qlobal yük emissiyalarına təsir etmək üçün poçt şəbəkələrindən istifadə" yan tədbiri keçirilib
PMS imtahanın II mərhələsinin nəticələri açıqlanıb
Ədliyyə orqanlarına qəbul imtahanında iştirak etmək üçün sənədləri qəbul edilmiş namizədlərlə test imtahanı dekabrın 1-də keçiriləcək