Fransada qar fırtınası nəqliyyatda problemlər yaradıb, bir sıra avtomobil yolları bağlanıb, onlarla qəza baş verib.
“Le Figaro” qəzetinin məlumatına görə, kəskin hava Pei-de-la-Luar, Normandiya, Yeni Akvitaniya və Paris regionlarında dəmir yolu nəqliyyatında fasilələrə səbəb olub. Həmçinin qar fırtınası səbəbindən ölkədə 200 min nəfər işıqsız qalıb. Hakimiyyət orqanları şənbə günü axşamadək elektrik enerjisinin 90 faiz bərpa olunacağını bildirib.
Fransanın bəzi rayonlarına orta hesabla 2-8 santimetr, dağlıq ərazilərdə isə 15 santimetrə qədər qar yağıb.
Meteoroloqların məlumatına görə, Fransanın qərbindən şərqinə doğru hərəkət edən qar fırtınasının mərkəzində küləyin sürəti saatda 180 kilometrə çatıb. Hakimiyyət orqanları Alp dağlarında qar uçqunu təhlükəsi barədə xəbərdarlıq edib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
2024-cü ilin 9 ayında Saatlının istehsal və xidmət sahələri üzrə əsas göstəriciləri
Bu ilin 7 ayında Azərbaycan 170-dək ölkə ilə ticarət əməliyyatları həyata keçirib