Azərbaycanın müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, ordu quruculuğunun daha da müasirləşdirilməsi, Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə qarşı cavab tədbirlərinin görülməsi ölkəmizin müdafiə və milli təhlükəsizlik xərclərinin artırılmasını labüd edib.
Bu sözləri maliyyə naziri Samir Şərifov Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin noyabrın 18-də keçirilən iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, müdafiə və milli təhlükəsizlik xərclərinə növbəti ilin dövlət büdcəsi xərclərinin 20,3 faizi həcmində və yaxud 8,396 milyon manat məbləğində vəsait nəzərdə tutulub. Müdafiə və milli təhlükəsizlik xərcləri cari ilin proqnozu ilə müqayisədə 1,270 milyon manat (17,8 faiz), 2023-cü ilin icrası ilə müqayisədə isə 2,542 milyon manat (43,4 faiz) daha çoxdur.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb
2025-ci ilin ilk altı ayında icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumat
Milli Məclis komitələrinin birgə iclasında
Milli Məclisin iclasında 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri üçüncü oxunuşda qəbul edilib
2025-ci il üzrə Azərbaycan Respublikasının dövlət və icmal büdcələrinin icrasına (operativ) dair məlumat