2025-ci ildə səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4,8 faiz olmaqla cari illə müqayisədə 0,1 faiz bənd çox, ümumi daxili məhsuldan nisbətdə isə cari ildə eyni səviyyə - 1,5 faiz səviyyədə olacaq.
Bu sözləri maliyyə naziri Samir Şərifov parlamentin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
“Qeyd edək ki, 2021-ci ildə müqayisədə, 2025-ci ildə səhiyyə xərclərimiz 45 faiz və yaxud 621 milyon manat artıb. Növbəti ildə səhiyyə sahəsində müvafiq dövlət proqramları və tədbirləri üçün 303 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur və yaxud cari ildə müqayisədə bu, 14 faiz çox deməkdir”, - deyə o əlavə edib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Milli Məclisin iclası keçirilib
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Gələn ilin dövlət büdcəsinin xərcləri 41 milyard 368 milyon manat təklif olunur
Cari ilin ilk 9 ayında Azərbaycana gətirilən minik avtomobillərinin 30,2%-i ekoloji təmiz nəqliyyat vasitələri olub
Nazir: Ermənistanın militarizasiya siyasəti Azərbaycanın müdafiə xərclərinin artırılmasını labüd edib