Azərbaycanda yeni salınan intensiv qoz bağlarının hər hektarına görə fermerə dövlət dəstəyi veriləcək.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dövlət dəstəyi mexanizmlərinin genişlənməsi ölkədə intensiv qoz bağlarının sahəsinin artmasına müsbət təsir göstərəcək.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək ən azı 5 hektar sahədə salınmış, müasir suvarma sistemi ilə təmin olunmuş, hər hektarda 250 sertifikatlı ting əkilmiş intensiv qoz bağlarına görə birdəfəlik əkin subsidiyasının verilməsi nəzərdə tutulur.
Qeyd olunan müddətdə salınan intensiv qoz bağlarının hər hektarına görə fermerə 3300 manat əkin subsidiyası ödəniləcək.
Birdəfəlik əkin subsidiyasının verilməsində məqsəd intensiv bağlar salınmasına çəkilən xərclərin bir hissəsinin dövlət tərəfindən qarşılanması, intensiv bağların sahəsinin genişləndirilməsidir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Milli Məclis komitələrinin birgə iclasında
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb
2025-ci ilin ilk altı ayında icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumat
2025-ci il üzrə Azərbaycan Respublikasının dövlət və icmal büdcələrinin icrasına (operativ) dair məlumat
Pambıq yığımı başa çatır - sahələrdən 360 min tondan çox məhsul yığılıb