Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 10 ayında proqnozla müqayisədə 5 faiz və ya 303 milyon manat çox olmaqla 5 milyard 823 milyon manat təşkil edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 4 faiz və ya 182 milyon manat artaraq 4 milyard 662 milyon manat olub.
Yanvar-oktyabr aylarında DSMF-nin xərcləri 5 milyard 726 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz və ya 676 milyon manat çoxdur.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
2025-ci ilin ilk altı ayında icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumat
2024-cü ilin 9 ayında Saatlının istehsal və xidmət sahələri üzrə əsas göstəriciləri
İki komitənin birgə iclasında 2026-cı il üçün DSMF-nin, İSF-nin büdcələri, yaşayış minimumu və ehtiyac meyarı müzakirə olunub
Milli Məclis 2025-ci ilin dövlət büdcəsini birinci oxunuşda qəbul edib YENİLƏNİB
Milli Məclisdə 2026-cı ilin dövlət büdcəsi layihəsi birinci oxunuşda qəbul edilib