azturkxeber.az
http://azturkxeber.az

Britaniyada polis idarəsinin yaxınlığında marixuana fabriki aşkarlanıb

09-11-2024

 

Böyük Britaniyada polis idarəsinin yaxınlığında yerləşən böyük marixuana fabriki aşkarlanıb.

Bu barədə “Daily Mail” nəşrinə istinadən yazıb.

Qeyd olunub ki, Qərbi Uelsdə yerli sakinlər bir aydır ərazidə narkotik qoxusunun gəldiyini bildiriblər. Nəticədə hüquq mühafizə orqanın əməkdaşları polis məntəqəsindən cəmi dörd qapı aralıda olan fabrikə basqın edib.

Basqın zamanı təxminən 435 ədəd marixuana bitkisi və onların yetişdirilməsi üçün istifadə olunan avadanlıq ələ keçirilib. Əməliyyatın uğurlu keçməsinə baxmayaraq, hələlik heç kim həbs edilməyib və iş üzrə istintaq davam edir.

Polis sözçüsü narkotik cinayətlərinə qarşı mübarizədə hər bir məlumatın vacibliyini vurğulayaraq yerli ictimaiyyəti hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyə çağırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2024    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
252627282930