azturkxeber.az
http://azturkxeber.az

Dövlət qulluğu imtahanından müvəffəqiyyətlə keçən namizədlərə sertifikatların verilməsinə başlanılıb

07-11-2024

Dövlət qulluğu imtahanından müvəffəqiyyətlə keçən namizədlərə sertifikatların verilməsinə başlanılıb

Dövlət qulluğunun B (inzibati icraçı) növünə aid vəzifələrin tutulması məqsədilə Dövlət İmtahan Mərkəzinin (DİM) oktyabrın 6-da keçirdiyi test imtahanında uğur qazanan namizədlərə sertifikatların verilməsinə başlanılıb.

Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, sertifikat əldə etmək barədə müraciətinə DİM tərəfindən razılıq verilmiş namizədlər sertifikatlarını şəxsiyyətini təsdiqləyən sənədi təqdim etməklə DİM-in Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50 ünvanında yerləşən elektron imtahanlar korpusundan əldə edə bilərlər.

Sertifikatı DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz, Şəmkir regional bölmələrindən əldə etmək istəyən şəxslər info@dim.gov.az ünvanına şəxsiyyəti təsdiqləyən sənədin surətini əlavə etməklə müraciət göndərməlidirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2024    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
252627282930