azturkxeber.az
http://azturkxeber.az

Çində vağzalın döşəməsi çöküb, 13 fəhlə dağıntı altında qalıb

05-12-2024 Baxılıb: 0

IMG

Çinin Quandon əyalətinin Şencen şəhərində quraşdırma işləri aparılan dəmir yolu vağzalının döşəməsinin çökməsi nəticəsində ən azı 13 fəhlə dağıntı altında qalıb.

azturkxeber.az əyalət hökumətinin açıqlamasına istinadla xəbər verir ki, hadisə yerli vaxtla dekabrın 4-də axşam saatlarında Şencen-Cianmen dəmir yolu xəttinin Baoan rayonundakı hissəsində baş verib. Hadisədən dərhal sonra ətraf ərazidə yaşayanlar təxliyə edilib, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Hazırda itkin düşənlərin axtarışları davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031