azturkxeber.az
http://azturkxeber.az

Kamandan oxatma üzrə Bakı şəhər çempionatı keçiriləcək

07-09-2026

Azərbaycan Kamandan Oxatma Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 18-20 sentyabr tarixlərində kamandan oxatma üzrə Bakı şəhər çempionatı keçiriləcək.

Azturkxeber.az xəbər verir ki, Hövsan Olimpiya İdman Kompleksinin stadionunda beynəlxalq standartlara uyğun Olimpiya sistemi əsasında baş tutacaq yarışda 50-yə yaxın idmançı çempionluq uğrunda mübarizə aparacaq.
​Mübarizə çərçivəsində U15 kateqoriyalı idmançılar 40 metr, böyüklər isə 70 metr məsafədən hədəfi nişan alacaqlar. Üç gün davam edəcək yarışın proqramına əsasən, 18 sentyabrda idmançıların məşq və sınaq atışları, 19 sentyabrda təsnifat və əsas seçmə mərhələləri, 20 sentyabrda isə gərgin final qarşılaşmaları və mükafatlandırma mərasimi təşkil ediləcək.
​Çempionatın yekununda yüksək nəticə göstərərək fərqlənən oxatanlar müvafiq dərəcəli diplom və medallarla təltif olunacaqlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930