azturkxeber.az
http://azturkxeber.az

Ezamiyyətə göndərilən işçinin hansı hüquqları var?

31-08-2026

Əmək qanunvericiliyinə əsasən, işçinin ezamiyyətə göndərilməsi zamanı onun bir sıra əmək və sosial təminatları qorunur.

Bu barədə Azturkxeber.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, işçi ezamiyyətdə olduğu müddətdə, o cümlədən yolda olduğu vaxt ərzində onun əsas iş yeri (vəzifəsi) və orta əməkhaqqı saxlanılır.

Ezamiyyətə göndərilən işçinin qanunvericiliklə müəyyən edilmiş normalardan az olmayan məbləğdə ezamiyyə xərclərini almaq hüququ vardır.

İşçinin ezamiyyətə getdiyi və ya ezamiyyətdən qayıtdığı gün işəgötürənin tapşırığı ilə istirahət və ya iş günü hesab edilməyən bayram gününə təsadüf etdikdə, həmin gün üçün işçiyə əmək qanunvericiliyinə uyğun olaraq əlavə əməkhaqqı və ya əlavə istirahət günü verilir.

Ezamiyyətdə olduğu müddətdə işçi əmək qabiliyyətini müvəqqəti itirdikdə və səhhətinə görə xidməti tapşırığı yerinə yetirmək və ya daimi yaşayış yerinə qayıtmaq imkanında olmadıqda, bu hal müvafiq qaydada təsdiq edilməklə ona müəyyən edilmiş qaydada ezamiyyə xərcləri ödənilir. Həmin dövr üçün işçiyə ümumi əsaslarla əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilir.

Qanunvericilikdə ayrı-ayrı işçi kateqoriyalarının ezamiyyətə göndərilməsi ilə bağlı məhdudiyyətlər də müəyyən edilib. Belə ki, 18 yaşına çatmamış işçilərin ezamiyyətə göndərilməsi qadağandır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31