azturkxeber.az
http://azturkxeber.az

Bocciaçımız Sona Ağayevadan dünya çempionatında tarixi bürünc medal qazanıb

31-08-2026

Cənubi Koreyanın paytaxtı Seulda keçirilən Boccia üzrə Dünya Çempionatı başa çatıb.

Azturkxeber.az xəbər verir ki, Azərbaycanı BC2 kateqoriyasında təmsil edən paralimpiyaçımız Sona Ağayeva qrup mərhələsində slovakiyalı Nina Melicherova üzərində qələbə qazanıb, İndoneziya təmsilçisi Gischa Zayana ilə görüşdə isə məğlub olub. Bu nəticələrə əsasən qrup mərhələsini ikinci pillədə başa vuran idmançımız növbəti mərhələyə yüksəlib.

Sona Ağayeva 1/8 finalda dünya reytinqində 7-ci pillədə qərarlaşan Böyük Britaniya təmsilçisi Kayleigh Brown, 1/4 finalda isə dünya reytinqində 8-ci pillədə yer alan çexiyalı Jirina Kreibichova üzərində qələbə qazanaraq yarımfinala yüksəlib.

Yarımfinalda son Paralimpiya çempionu portuqaliyalı Cristina Gonçalves ilə qarşılaşan Sona Ağayeva məğlub olub. Bürünc medal uğrunda görüşdə isə dünya reytinqinin 3-cü pilləsində qərarlaşan cənubi koreyalı Ahyoung Choi üzərində qələbə qazanan idmançımız dünya çempionatının bürünc medalına sahib olub.

Bu nəticə boccia idman növündə Azərbaycan paralimpiya hərəkatının Avropa və dünya çempionatlarında qazandığı ilk medal kimi tarixə düşüb.

Qeyd edək ki, Seulda keçirilən dünya çempionatı Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31