azturkxeber.az
http://azturkxeber.az

ASAN könüllüləri rəqəmsal gələcəyin imkanlarını öyrəniblər

31-08-2026

“ASAN Könüllüləri” Təşkilatının “Rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik” təlim proqramı başa çatıb. Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.

Azturkxeber.az xəbər verir ki, məqsəd iştirakçıların rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik sahələrində bilik və bacarıqlarını artırmaq, müasir texnologiyalarla bağlı məlumatlılıqlarını genişləndirmək olub.

Proqram çərçivəsində müasir texnoloji trendlər, ''ASAN xidmət”də tətbiq olunan innovativ və rəqəmsal həllər, süni intellektin tətbiq imkanları, alətlərdən səmərəli istifadə, kibertəhlükəsizliyin əsas prinsipləri barədə məlumat verilib.

İştirakçıların bilikləri imtahan vasitəsilə qiymətləndirilib, bütün mərhələləri uğurla tamamlayanlara sertifikat və hədiyyələr təqdim olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31