azturkxeber.az
http://azturkxeber.az

"Aquatic Palace Mini Water Polo Festival" keçirilib

31-08-2026

Bakı Su İdmanı Sarayında baş tutmuş həvəskar turnir gərgin mübarizə ilə yadda qalıb

Azturkxeber.az xəbər verir ki, Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı ilə Bakı Su İdmanı Sarayında "Aquatic Palace Mini Water Polo Festival" yarışı baş tutub.

Turnirdə ümumilikdə 10 komanda (4 böyük və 6 yeniyetmə) iştirak edib. Yarış boyunca komandalar arasında maraqlı və rəqabətli qarşılaşmalar keçirilib, iştirakçılar yüksək əhval-ruhiyyə və əsl idman ruhu nümayiş etdiriblər.

Yarışın yekununda bütün iştirakçılar sertifikatlarla təltif olunub, qaliblərə isə medal və diplomlar təqdim edilib. Mükafatlandırma mərasimində ASF-nin baş katibi Oqtay Atayev, Su İdmanı Sarayının direktoru Əjdər Abbasov və su polosu üzrə Azərbaycan milli komandasının baş məşqçisi Qoran Sabliç iştirak ediblər.

Böyüklər arasında qalib komandalar :

I yer — "Eagles"

II yer — "Panthers"

III yer — "Wolves"

Yeniyetmələr arasında qalib komandalar:

I yer — "Sharks"

II yer — "Sea Lions"

III yer — "Dolphins"

"Aquatic Palace Mini Water Polo Festival" su polosuna marağın artırılması, bu idman növünün kütləviləşdirilməsi və oyunçular arasında sağlam rəqabət mühitinin formalaşdırılması məqsədilə təşkil olunub.

ASF tərəfindən su polosunun təbliği və inkişafı istiqamətində bu kimi tədbirlərin keçirilməsinin davam etdirilməsi nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31