azturkxeber.az
http://azturkxeber.az

SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində

10-06-2026

“AzInTelecom” MMC Bakıda keçirilən Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində iştirak edib.

Azturkxeber.az xəbər verir ki, Türk dövlətlərinin qlobal maliyyə inteqrasiyası mövzusunda keçirilən sammitdə “AzInTelecom”un stendi qurulub. Stenddə şirkətə məxsus olan SİMA Rəqəmsal Həllər Platformasının maliyyə sektoru üçün faydalı məhsulları barədə iştirakçılara məlumat verilib.

Tədbirdə şirkətin Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev “Biometriyanın fintekdə müasir rəqəmsal həllərə təsiri” mövsuzunda çıxış edib. O, öz çıxışında müasir fintek ekosistemində istifadəçi təcrübəsinin sürətləndirilməsi və maliyyə əməliyyatlarının təhlükəsizliyində biometrik texnologiyaların əsas funksiyasından bəhs edib. F.Fərəcullayev qeyd edib ki, üztanıma və digər biometrik identifikasiya həlləri maliyyə institutlarında fırıldaqçılıqla mübarizə və məsafədən xidmət göstərilməsi proseslərində kritik rol oynayır.

Müzakirələrdə kibertəhlükəsizlik, yaşıl maliyyə, investisiya imkanları və insan kapitalının inkişafı kimi aktual mövzulara da toxunulub. “AzInTelecom”un tədbirdə iştirak məqsədi regionda fintek ekosisteminin inkişafında öz innovativ həlləri ilə yaxından iştirak etmək olub.

“AzInTelecom” haqqında

“AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC 2015-ci ildən bulud həlləri, rəqəmsal identifikasiya və kiberbəhlükəsizlik sahəsində ixtisaslaşmış olaraq fəaliyyət göstərir. Şirkət “Hökumət buludu” və SİMA rəqəmsal həllər platforması kimi ölkəmiqyaslı layihələrin provayderidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930