azturkxeber.az
http://azturkxeber.az

“İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən hüquqi maarifləndirmə tədbirləri keçirilib

09-06-2026

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzi tərəfindən Gəncə və Göygöldə “Bərabərlik hüququnun təmini və ayrı-seçkiliklə mübarizə”, “Psixi sağlamlıq və insan hüquqları” və “İnsan hüquqlarının müdafiəsi mexanizmləri” mövzularında hüquqi maarifləndirmə tədbirləri təşkil olunub.

Azturkxeber.az xəbər verir ki, tədbirlərdə Müvəkkilin təşəbbüsü ilə elan edilmiş Aylıq çərçivəsində silsilə maarifləndirici tədbirlərin keçirildiyi qeyd olunub.

Eyni zamanda, Ombudsmanın insan hüquq və azadlıqlarının müdafiəsi, o cümlədən ayrı-seçkiliyə qarşı mübarizə, psixi sağlamlıq problemləri ilə yaşayan şəxslərin hüquqlarının təmini istiqamətində həyata keçirdiyi fəaliyyət barədə məlumat verilib.

Tədbirlərdə, həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb və maarifləndirici videoçarxlar nümayiş etdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930