Avarçəkənlərimiz Dünya Kubokunda yarışacaq

12–14 iyun tarixlərində Bolqarıstanın Plovdiv şəhərində akademik avarçəkmə üzrə Dünya Kubokunun ikinci mərhələsi keçiriləcək. Plovdivdə baş tutacaq yarışda ölkəmizi Azərbaycan Su İdman Növləri Federasiyasının iki idmançısı təmsil edəcək.
Azturkxeber.az xəbər verir ki, Ziya Məmmədzadə və Nurlan Paşayev Dünya Kubokunda medallar uğrunda mübarizə aparacaqlar. Hər iki avarçəkən turnirdə yüngül çəkidə yarışacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: