azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransı çərçivəsində bir sıra görüşlər keçirib

03-06-2026



Milli Məclisin sədri Sahibə Qafarova Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransı çərçivəsində bir sıra görüşlər keçirib.

Azturkxeber.az xəbər verir ki, Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons, Zimbabve Senatının sədri Mabel Memori Çinomona, Parlamentlərarası İttifaqın yeni seçilmiş Baş katibi Anda Filip, təşkilatın vitse-prezidenti Qabriela Moravska-Stanetska, İcraiyyə Komitəsinin üzvü Karen Bredli və Büro sədri Sintia Lopez Kastro, Mərakeş Nümayəndələr Palatasının vitse-spikerləri – Nadia Tuhami və Zaina İd Hali, Mavritaniya parlamentinin sədr müavini Siham Nacem ilə görüşlərdə Qlobal Konfransın qadın parlamentarilər arasında əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.
Söhbətlər zamanı çoxtərəfli platformaların önəmi vurğulanıb, beynəlxalq parlament təşkilatları çərçivəsində, həmçinin qanunvericilik orqanları arasında ikitərəfli əməkdaşlıq məsələləri nəzərdən keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930