azturkxeber.az
http://azturkxeber.az

Böyük Qayıdışın yaratdığı təbəssüm

03-06-2026

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin dəstəyi ilə fləşmob keçirilib.

Azturkxeber.az xəbər verir ki, Fləşmobda Qarabağ və Şərqi Zəngəzura geri qayıdan sakinlər iştirak ediblər.

Fləşmobda doğma yurdlarına qovuşan insanların daxili sevinci və ruh yüksəkliyi nümayiş olunur. Video layihənin əsas ideyası heç bir sözə ehtiyac duymadan, yalnız insan simalarındakı ifadə ilə Böyük Qayıdışın yaratdığı sevinci, saf və gözəl duyğuları çatdırmaqdır. Ağbirçək nənələrin və ağsaqqal babaların illər sonra tapdıqları hüzur, gənclərin gələcəyə olan inamı və uşaqların doğma torpaqdakı ilk qayğısız gülüşləri kadrda birləşir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930