azturkxeber.az
http://azturkxeber.az

Bakı Tennis Akademiyasında “ITF Juniors J30 Baku” beynəlxalq tennis turniri keçirilib

03-06-2026

Mayın 26-dan 31-dək Bakı Tennis Akademiyasında “ITF Juniors J30 Baku” beynəlxalq tennis turniri keçirilib.

Gərgin və maraqlı mübarizə nəticəsində yarışda oğlanlar və qızlar arasında fərdi və qoşa qruplar üzrə qaliblər olunur. Turnirin nəticələrinə əsasən, oğlanların fərdi yarışında Filip Smirnov birinci, Yakov Mazin olaraq ikinci yeri tutublar. Qızların fərdi yarışında Vladislava Slelina qalib olub. Yevgeniya Sklyar gümüş medala layiq görülüb.

Oğlanların cüt yarışında Filip Smirnov və Yakov Mazin tandemi bütün rəqiblərini qabaqlayaraq birinci yerə yüksəlib. Runmaan Maneş və Yonatan Şaqas cütlüyü ikinci yeri tutub. Qızların cüt yarışında Polina Korelova və Vasilisa Marçenko qalib adını qazanıblar. Yeva-Vlada Anitsina-Ciqurda və Safiya Urazalina cütlüyü turniri ikinci pillədə başa vurub.

https://www.instagram.com/reel/DZFKbiaBUhQ/?igsh=MW4wbnB5eHRiYWFzcw==






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930