azturkxeber.az
http://azturkxeber.az

Xəzər rayonunun Mərdəkan və Qala qəsəbələrində yeni cüdo zalları istifadəyə verilib

02-06-2026

Azərbaycan Cüdo Federasiyası tərəfindən hər iki zal müasir standartlara uyğun tatamilər və zəruri avadanlıqlarla təchiz olunub. Zallarda paltardəyişmə otaqları, məşqçi otaqları və digər köməkçi sahələr yaradılıb. Burada 200-dən çox idmançının cüdo ilə məşğul olması üçün əlverişli şərait təmin edilib.

Azturkxeber.az xəbər verir ki, 2022–2026-cı illər ərzində Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Zirə, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran, Daşkəsən və Yevlax da daxil olmaqla ölkənin müxtəlif bölgələrində yeni cüdo zalları istifadəyə verilib. Bununla yanaşı, Bakı və regionlardakı 202 idman zalına ümumilikdə 14300 tatami paylanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930