azturkxeber.az
http://azturkxeber.az

Sabah Zəngilanda növbəti əmək yarmarkası olacaq

02-06-2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Zəngilan rayonunda növbəti əmək yarmarkası keçirəcək.

Yarmarka Zəngilan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ilə birgə

- 3 iyun 2026-ci il tarixində, saat 15:00-da

- Zəngilan şəhəri, Samir Sarıyev küçəsi, 7 ünvanında

keçiriləcək.

Yarmarkada nasos qurğuların maşinisti, təmizləyici qurğuların operatoru, təmirçi-çilingər və s. üzrə vakansiyalar təqdim olunacaq.

Aktiv məşğulluq tədbirində vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq. Habelə Agentliyin icra etdiyi məşğulluq proqramları barədə iştirakçılara ətraflı məlumat veriləcək.

Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930