Bakı və regional təhsil idarələrinin mühasiblərinə “TəhsilPlus” kartı haqqında ətraflı məlumat verilib
Bakı və regional təhsil idarələrinin mühasibləri ilə “TəhsilPlus” kartı barədə interaktiv görüş təşkil olunub. Görüşdə Təhsilin İnkişafı Fondu, “Kapital Bank”, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və 13 təhsil idarəsinin mühasibləri iştirak edib.
Fonddan bildirilib ki, tədbir çərçivəsində iştirakçılara “TəhsilPlus” kartının təqdim etdiyi imtiyazlar və bonuslar haqqında ətraflı məlumat verilib. Kartların sifariş prosesi vizual təqdimatla izah olunub, kartların təhvil verilməsi qaydası, istifadəçi tərəfindən aktivləşdirilməsi mərhələləri və təhlükəsizlik qaydaları geniş şəkildə təqdim edilib.
Eyni zamanda, kartın təhlükəsiz və düzgün istifadəsi ilə bağlı əsas prinsiplər diqqətə çatdırılıb və iştirakçıların sualları cavablandırılıb. Görüş interaktiv formatda keçirilib və mühasiblərin suallarına xüsusi yer ayrılıb.
Sonda “TəhsilPlus” kartı ilə bağlı proseslərin daha səmərəli təşkili, idarələrarası koordinasiyanın gücləndirilməsi və istifadəçi təcrübəsinin təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:









