azturkxeber.az
http://azturkxeber.az

ADAU-da qida mühəndisliyi sahəsində tədris proqramları təkmilləşdirilir

30-04-2026

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Türkiyə-Azərbaycan Universitetinin (TAU) təşəbbüsü ilə Milli Qida Texnologiyaları Platformasına həsr olunan görüş təşkil edilib.

ADAU-nun tədris işləri üzrə prorektoru Əhməd Məlikov çıxışında ölkədə qida mühəndisliyi üzrə ixtisaslaşmanın genişləndirilməsinin, həmçinin təcrübəyönümlü dərslərin tədris prosesində rolunun artırılmasının xüsusi əhəmiyyət daşıdığını bildirib. Görüşdə Hacettepe Universitetinin qida mühəndisliyi sahəsində professoru Vural Gökmen Milli Qida Texnologiyaları Platforması haqqında geniş məlumat verib. O, ADAU-nun da bu platformaya üzv olmasının əhəmiyyətini xüsusi vurğulayıb.

TAU-nun “Qida mühəndisliyi” proqramının rəhbəri professor Ümran Uyqun isə Azərbaycanın ali təhsil müəssisələrində qida mühəndisliyi ixtisası üzrə təhsil proqramlarının və tədris planlarının təkmilləşdirilməsi, eləcə də bu istiqamətdə həyata keçiriləcək tədbirlər barədə fikirlərini bölüşüb.

Görüş zamanı qida mühəndisliyi sahəsində mövcud vəziyyət qiymətləndirilib, qarşılıqlı təcrübə mübadiləsi aparılıb və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930