Ermənistan ərazisində 29 abidədə Saka türklərinin izləri qalır
İndiki Ermənistan ərazisinin keçmiş zamanlarda faktiki sakinlərini xatırlatmaq istəyirəm. Ermənistanda 29 abidədə Saka türklərinin izləri qalır və müasir Ermənistan Respublikasının ərazisinin tamamilə Saklar Çarlığına məxsus olduğu məlum bir faktdır.
Azturkxeber.az xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qədim Turan haqqında və Kiçik Asiya ərazilərində prototürk qəbilələri və onların Qafqaz əlaqələri” mövzusunda konfransda deyib.
“Eramızdan əvvəl III əsrdən başlayaraq türk tayfalarının birliyi olan Hunlar sonradan iki hissəyə bölünüb və I əsrdə onun bir hissəsi Zəngəzurda məskunlaşıb. Stepan Orbelyanın (eramızın XIII əsri) qeyd etdiyi kimi, “sisaklar təkcə Hunların deyil, həm də albanların əcdadlarıdır və hətta onlarla müqayisədə daha qədimdirlər”.
Başqa sözlə, qədim Sakaların mövcud erkən etnik təbəqəsi eyni etnik mənşəli Saka mənşəli yeni bir təbəqə olan Sisaklarla örtülüb”, - deyə Kamran İmanov qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: