azturkxeber.az
http://azturkxeber.az

“Araz” supermarketlər şəbəkəsindən ağacəkmə aksiyası

22-04-2026

® “Araz” supermarketlər şəbəkəsindən ağacəkmə aksiyası

Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsinin 15 illiyinə həsr olunmuş, 22 aprel – Beynəlxalq Yer Günü münasibətilə ağacəkmə aksiyası keçirilib. Aksiya “Təbiəti qorumaq mənim əlimdədir” şüarı altında baş tutub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə təşkil olunmuş aksiyada “Araz” supermarketlər şəbəkəsinin əməkdaşları və ekokönüllülər iştirak ediblər. Ağacəkmə aksiyasında Müşfiqabad qəsəbəsində meşə massivi ərazisində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Aksiyanın məqsədi ekoloji problemlərə diqqətin artırılması, yaşıllıqların genişləndirilməsi, ətraf mühitin qorunmasına çağırış edilməsi və gənc nəslin bu istiqamətdə maarifləndirilməsidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930