azturkxeber.az
http://azturkxeber.az

“Yuxular teatrı”: Heydər Əliyev Mərkəzində yeni sərgi

18-04-2026

“Yuxular teatrı”: Heydər Əliyev Mərkəzində yeni sərgi

Mayın 21-də Heydər Əliyev Mərkəzində perulu rəssam Ronald Kompanokanın (Ronald Companoca) fərdi sərgisi açılacaq.

Azturkxeber.az xəbər verir ki, 2027-cı il martın 1-dək davam edəcək “Yuxular teatrı” (The Theater of Dreams) adlı sərgidə müəllifin bir sıra əsərləri ictimaiyyətə ilk dəfə təqdim olunacaq.

Xəyali aləmə aparacaq sərginin əsas personajları təlxəklər, musiqiçilər, sehrbazlar, səyyahlar, fantastik varlıqlardır. Kompanokanın əsərləri sehrli sürrealizm fəlsəfəsi çərçivəsində yaradılıb və ziyarətçiləri reallıqla təxəyyülün zərif bir tarazlıqda qovuşduğu ecazkar kainatla tanış edir. Həmin sehrli kainat isə reallıqla təxəyyül dünyası arasındakı sərhədləri araşdıran dünyaşöhrətli rəssamlar - İeronim Bosx, Salvador Dali və Rene Maqrit kimi sənətkarların yaradıcılığına istinadən ərsəyə gəlib.

Tamaşaçıları ilə özünəməxsus bədii dildə danışan Ronald Kompanokanın əsərləri bu günədək Avropa, Amerika Birləşmiş Ştatları və Mərkəzi Amerikanın müxtəlif ölkələrində nümayiş olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930