Tramp: ABŞ və İran rəsmiləri zənginləşdirilmiş uranın çıxarılması üçün birgə çalışacaqlar
Prezident Donald Tramp ABŞ və İran rəsmilərinin İslam Respublikasından zənginləşdirilmiş uranın çıxarılması üçün birgə çalışacaqlarını bildirib.
Azturkxeber.az xəbər verir ki, CBS-ə verdiyi müsahibədə uranın çıxarılması məqsədilə İrana Amerika qoşunlarının yerləşdirilib-yerləşdirilməyəcəyi ilə bağlı suala Prezident “Xeyr, qoşun olmayacaq” cavabını verib.
“Gəlib onu özümüzlə aparacağıq. Birlikdə çıxaracağıq, çünki bu vaxta qədər razılaşmalar əldə olunacaq və razılaşmalar əldə edildikdə döyüşməyə ehtiyac qalmayacaq”, – deyə o əlavə edib.
“Xalqımız onu əldə etmək üçün iranlılarla birlikdə çalışacaq. Daha sonra isə onu ABŞ-yə gətirəcəyik”, – deyə Amerika lideri bildirib və tərəflərin bu həftəsonu görüşmək niyyətində ola biləcəyini qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: