Qəbələnin tarixi abidələrindən söhbət açılıb
Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar "Tarixi abidələrimizi tanıyaq və mühafizə edək" adlı tədbir keçirilib.
Bu barədə Rayon icra Hakimiyyətindən məlumat verilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, Azərbaycan dünyada bəşər sivilizasiyasının ilkin meydana gəldiyi qədim tarixi özündə əks etdirən ərazilərdən biridir və arxeoloji qazıntılar bunu bir daha sübut edir. Bütün arxeoloji nəticələr göstərir ki, Azərbaycanda yaşamış insanların keçdikləri keşməkeşli və şərəfli yol qədim yaşayış məskənləri və çoxsaylı abidələrdə dərin iz qoyub. O da diqqətə çatdırılıb ki, Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi çərçivəsində ölkə ərazisində yerləşən bütün tarixi abidələr bir daha diqqətə gətirilir, memarlıq mədəniyyəti ənənələri yaşadılması məqsədilə mühüm işlər görülür. Yaşadığımız dövrə gəlib çatan bu abidələr hazırda çox qiymətli nümunələr kimi qorunur.
Tədbir çərçivəsində Qəbələ rayon ərazisində yerləşən tarixi abidələr haqqında geniş məlumat verilmiş və videomaterial nümayiş olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:

