Qazaxıstan 2050-ci ilədək azı üç AES inşa edəcək
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2050-ci ilədək atom sənayesinin inkişaf strategiyasını təsdiqləyib.
Azturkxeber.az Qazaxıstan mediasına istinadla xəbər verir ki, sənədə əsasən, 2050-ci ilədək ölkədə azı üç atom elektrik stansiyası fəaliyyət göstərəcək. Birinci AES layihəsinin icrasına artıq başlanılıb, ikinci stansiyanın tikintisi baxılma mərhələsindədir, üçüncü üçün isə kiçik modul reaktor texnologiyalarının tətbiqi imkanları araşdırılır.
Strategiya enerji təhlükəsizliyinin təmin olunmasına, iqlim öhdəliklərinin yerinə yetirilməsinə və Qazaxıstanın qlobal nüvə sənayesində mövqelərinin möhkəmləndirilməsinə yönəlib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: