azturkxeber.az
http://azturkxeber.az

Qarabağ Universiteti Türk dünyasında turizmin gələcəyinə həsr olunan konfransda ölkəmizi təmsil edib

18-04-2026

Qarabağ Universiteti Türk dünyasında turizmin gələcəyinə həsr olunan konfransda ölkəmizi təmsil edib

Qarabağ Universitetinin rektoru Şahin Bayramov Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Ankara Hacı Bayram Veli Universiteti (AHBVU) və digər tərəfdaşların birgə təşkilatçılığı ilə keçirilən 7-ci Beynəlxalq Səyahət və Turizm Dinamikası Konfransında (7th International Travel and Tourism Dynamics Congress – ITTD26) iştirak edib. “Türk dövlətlərində turizmin gələcəyinin yenidən formalaşdırılması” (Re-Designing Tourism Futures in Turkic States) mövzusuna həsr olunan konfrans aprelin 15–17-də Türkiyənin Ankara şəhərində keçirilib.

Universitetdən bildiriblər ki, tədbir çərçivəsində Şahin Bayramov “Türk dünyasında turizm əməkdaşlığı və turizmin ortaq mədəniyyətə töhfəsi” mövzusunda təşkil olunan panel müzakirələrində çıxış edib. Çıxış zamanı Qarabağ regionunun zəngin turizm potensialı diqqətə çatdırılıb, eyni zamanda Qarabağ Universitetinin missiyası, strateji inkişaf istiqamətləri və turizm sahəsi üzrə yüksək ixtisaslı kadr hazırlığı sahəsində həyata keçirilən fəaliyyətlər barədə ətraflı məlumat verilib.

Konfransın açılış mərasimində, həmçinin Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Ankara Hacı Bayram Veli Universitetinin rektoru Mehmet Naci Bostancı, Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Ankara valisi Vasip Şahin, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev və digər rəsmi şəxslər çıxış ediblər.

Qeyd edək ki, yüksək səviyyədə təşkil olunan bu beynəlxalq konfransda iştirak Qarabağ Universitetinin qlobal akademik və elmi platformalarda fəal təmsil olunduğunu bir daha nümayiş etdirir.

Qarabağ Universiteti beynəlxalq əməkdaşlığın genişləndirilməsini və Türk dünyası ilə əlaqələrin daha da möhkəmləndirilməsini prioritet istiqamətlərindən biri kimi davam etdirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930