Leyla Bexti “Un Certain Regard” müsabiqəsinin münsiflər heyətinə sədrlik edəcək
Böyük Britaniyadan olan rejissor Molli Mənin Valkerdən sonra fransız aktrisa Leyla Bexti 79-cu Kann Film Festivalında “Un Certain Regard” müsabiqəsinin münsiflər heyətinə sədrlik edəcək.
Azturkxeber.az xəbər verir ki, L. Bexti seneqallı prodüser Anjel Diaban, livanlı bəstəkar Xaled Muzanar, italiyalı rejissor Lora Samani və fransız rejissor Toma Kayedən ibarət münsiflər heyəti ilə birlikdə bu seçimin qaliblərini müəyyənləşdirəcək.
Qeyd edək ki, “Un Certain Regard” bölməsi gənc, müəllif və kəşfyönümlü kino əsərlərini qiymətləndirir.
Keçən il çilili rejissor Dieqo Kespedes “Qırmızı flaminqonun sirli baxışı” filmi ilə “Un Certain Regard” mükafatını qazanıb.
Cari il mayın 12-dən 23-dək 79-cu Kann Film Festivalı keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: