azturkxeber.az
http://azturkxeber.az

Finlandiya hökuməti etimadsızlıq votumunu dəf edib

18-04-2026

Finlandiya hökuməti etimadsızlıq votumunu dəf edib

Finlandiya hökuməti yoxsulluğun artması və yaşayış xərclərinin yüksəlməsi ilə bağlı tənqidlərə baxmayaraq, etimadsızlıq votumunu dəf edib.

Azturkxeber.az xəbər verir ki, Milli Koalisiya Partiyasının rəhbərlik etdiyi sağ mərkəzçi koalisiya parlamentdə çoxluğun dəstəyini alıb. Belə ki, hökumətin lehinə 88 deputat səs verib, əleyhinə 63 deputat çıxış edib, 48 nəfər isə səsvermədə iştirak etməyib.

Etimadsızlıq təşəbbüsü ilə Sosial Demokrat Partiyası, Sol İttifaq və Yaşıllar Liqası çıxış edib. Bu partiyalar sosial-iqtisadi vəziyyətin pisləşməsi ilə bağlı izahat tələb ediblər. Onların fikrincə, ölkədə təxminən 1 milyon nəfər yoxsulluq və sosial təcrid riski altındadır.

Tənqidçilər vəziyyətin kəskinləşməsini sosial xərclərin azaldılması ilə əlaqələndirib və hökuməti iqtisadi artımı stimullaşdırmaqda aciz olmaqda ittiham edib. Xüsusilə işsizliyin və evsizliyin artdığı, həmçinin pulsuz qida üçün növbələrin çoxaldığı qeyd olunub. Buna cavab olaraq sosial təminat naziri Sanni Qran-Laasonen aparılan siyasəti müdafiə edərək hökumətin sosial dəstək sahəsində gördüyü tədbirləri vurğulayıb.

Sərt tənqidlərə baxmayaraq, səsvermənin yekunlarına görə hökumət parlamentin etimadını qoruyub saxlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930