azturkxeber.az
http://azturkxeber.az

“YAŞAT” Fondu şəhidimiz Rauf Əsgərovun ailəsinə dəstək göstərib

04-03-2026

“YAŞAT” Fondu fəaliyyət istiqamətləri çərçivəsində şəhidimiz Əsgərov Rauf Vaqif oğlunun övladları üçün dəstək tədbirləri

reallaşdırıb.

Azturkxeber.az xəbər verir ki, hazırda şəhidimizin hər üç övladı - Rüqəyya, Ramilə və Təqi “YAŞAT” Fondunun vəsaiti hesabına Gəncə şəhərində, Xəzər Universiteti "Dünya" Məktəbində təhsil alır. Həmçinin onlar Fond tərəfindən gerçəkləşdirilən müxtəlif tədbir və layihələrin iştirakçısı olub və məktəbli ləvazimatları ilə təmin ediliblər.

Rüqəyya 2025-ci ildə London şəhərində, “YAŞAT” yay məktəbində də iştirak edib.

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının Hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.

"Youtube" video: https://www.youtube.com/watch?v=4uMgskY5QT0






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031