azturkxeber.az
http://azturkxeber.az

2026–2027-ci tədris ili üçün Dövlət Proqramı üzrə sənəd qəbulu başlayır

16-02-2026

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026–2027-ci tədris ili üçün sənəd qəbulu 15 aprel 2026-cı il tarixindən başlayacaq.

Dövlət Proqramı çərçivəsində prioritet ixtisas sahələrinə uyğun bakalavriat, magistratura və doktorantura proqramlarının nüfuzlu xarici universitetlər üzrə siyahısı 12 yanvar 2026-cı il tarixində ictimaiyyətə təqdim edilib. Proqrama müraciət etmək üçün əsas şərtlərdən biri, həmin siyahıda yer alan universitetlərdən müvafiq sahə və proqram üzrə qəbul sənədinin əldə edilməsidir.

Proqrama müraciət üçün tələb olunan sənəd nümunələri ilə bu keçiddən tanış olmaq mümkündür.

Dövlət Proqramı ilə bağlı əlavə məlumat və suallar üçün aşağıdakı keçidlərdən istifadə edə bilərsiniz:

Bakalavriat / Magistratura: https://dp.edu.az/faq/

Doktorantura: https://dp.edu.az/uploads/fileuploads/2025/08/1715512f051845178834ccda81b368fc.pdf






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728