BDU-nun Qazax filialında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilib
Bakı Dövlət Univesitetinin Qazax filialında 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar faciəsini özündə əks etdirən stendlə tanış olublar.
Filialın Heydər Əliyev auditoriyasında keçirilən tədbir Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Filialın direktoru, dosent Arif Rüstəmov bildirib ki, 20 Yanvar hadisələri xalqımız üçün təkcə faciə deyil, həm də şərəfli bir səhifədir, müstəqillik və istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvə nöqtəsidir. A.Rüstəmov Ulu Öndər Heydər Əliyevin bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında, ona hüquqi-siyasi qiymət verilməsində misilsiz xidmətlərindən, Prezident İlham Əliyev tərəfindən faciə qurbanlarına göstərilən ehtiramdan söz açıb.
Sonra filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, Pedaqoji fakültənin dekanı Hamlet İlyasov, Tələbələr və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev, Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müəllimi Əfranə Həsənli çıxış edərək, 20 Yanvar faciəsinin milli yaddaşımızda xüsusi yer tutduğunu bildiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: