azturkxeber.az
http://azturkxeber.az

“Böyük Qayıdış”a növbəti sağlamlıq dəstəyi - Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Laçında könüllü qanvermə aksiyası keçirilib

06-11-2025

İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində noyabrın 6-da Laçında könüllü qanvermə aksiyası keçirilib.

Tədbir Səhiyyə Nazirliyinin Respublika Qan Bankı və Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə baş tutub.

Hemofiliya və talassemiyadan əziyyət çəkən şəxslərin qanla təminatına yardım məqsədilə təşkil olunan aksiyada Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Laçın Rayon Mərkəzi Xəstəxanasının, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiyada Səhiyyə Nazirliyi Respublika Qan Bankının Bərdə bölməsinin xüsusi tibb briqadasının həkimləri tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930