ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifəli şəxsləri üçün “İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda növbəti təlim keçirilib


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Aparatının departament, şöbə müdirləri və digər vəzifəli şəxsləri üçün 5 saylı Bakı DOST mərkəzində “İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda növbəti təlim keçirilib.
Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova açılış nitqi ilə çıxış edərək informasiya əldə etmək hüququ sahəsində beynəlxalq və milli qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verib.
Təlimin gedişində Ombudsman Aparatının əməkdaşları tərəfindən informasiya sahiblərinin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gələn vəzifələri, həmin vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsinin xüsusiyyətləri, Qanunun tətbiqinə dair bəzi praktiki məsələlər, informasiya əldə etmək hüququnun pozulması ilə əlaqədar daxil olan müraciətlərə baxılması və Ombudsmanın protokol tərtib etmək səlahiyyəti haqqında iştirakçılara məlumat verilib.
Sonda Ombudsman təşəbbüsü əsasında informasiya əldə etmək hüququ ilə bağlı hazırlanmış maarifləndirici çap vəsaitləri iştirakçılara təqdim olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: