RSXM-də 8 Noyabr - Zəfər Günü və 9-Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib



Noyabrın 5-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində 8 Noyabr - Zəfər Günü və 9 - Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş “Sənsən eşqim, Zəfərim” adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron Xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusunun, əsgər və zabitlərimizin, qazilərimizin və şəhidlərimizin sayəsində Azərbaycan xalqı düşmən üzərində Şanlı Qələbə qazanaraq öz Zəfər tarixini yazdı. “Bu gün biz böyük Qələbəmizin, Şanlı Zəfərimizin beş illiyini qeyd edirik. Biz bu Qələbəyə, bu Zəfərə 30 ildən çox yol qət edərək gəldik. Torpaqlarımızın düşmən tapdağından azad edilməsinə 44 gündə nöqtə qoyduq. Bütün dünyaya göstərdik ki, Qarabağ Azərbaycandır! Bu torpaqların sahibi tarixən də Azərbaycan xalqı olub. Bu gün də Azərbaycan xalqıdır. Əbədi də Azərbaycan xalqı olacaq! Bu Zəfər bayramı Azərbaycan xalqının tarixinə Ali Baş Komandanımızın və qəhrəman Azərbaycan oğullarının sayəsində qızıl hərflərlə yazıldı. Torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçən şəhidlərimizə Tanrıdan rəhmət diləyir, qazilərimizə can sağlığı arzu edirk. Şəhidlərimizin əziz xatirəsi hər zaman qəlblərimizdə və tariximizdə yaşayacaqdır ”.
Şöbə müdiri çıxışında 8 noyabr - Zəfər Günü və 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü bayramlarının eyni ayda və yaxın tarixdə qeyd olunmasına da toxunub. “Bəlkə də bu taleyin bizə bir lütfüdür ki, xalqımız üçün müqəddəs olan bu bayramları biz eyni ayda və yaxın tarixlərdə qeyd edirik. Çünki qazandığımız Zəfər sayəsində bu gün doğma Vətənimizin hər yerində, bütün kəndlərimizdə və şəhərlərimizdə, suveren ərazilərimizdə Şanlı Azərbaycan bayrağı dalğalanır. Zəfərimiz əbədi olsun, Şanlı Bayrağımız hər zaman başımız üstə vüqarla dalğalansın”.
Daha sonra RSXM-nin Elektron Xidmətlər şöbəsi tərəfindən hazırlanmış 8 Noyabr - Zəfər Günü və 9 - Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş “Sənsən eşqim, Zəfərim” adlı videoçarx nümayiş etdirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: