azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Respublikasının Prezidenti Ali Məclisin deputatını təltif edib

05-11-2025

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında” Sərəncamına uyğun olaraq Azərbaycan elminin inkişafında xidmətlərinə görə bir qrup şəxs təltif edilib.

Bu barədə Azturkxeber.az-a Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən məlumat verilib.

“Tərəqqi” medalı ilə təltif olunanlar sırasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Sosial siyasət komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Əliyeva Nuray Yadigar qızı da var.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və Aparatı adından Nuray Əliyevanı təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930