Seyidbəyli kəndinə yola salınan köç ünvana çatıb



Oktyabrın 24-də doğma yurduna yola salınan köç karvanı Xocalı rayonunun Seyidbəyli kəndinə çatıb. Bu mərhələdə köçürülən 61 nəfərdən ibarət 18 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Seyidbəyli kəndində daimi yaşayış üçün köçürülən ailələrə fərdi yaşayış evlərində mənzillər verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: