azturkxeber.az
http://azturkxeber.az

Yeni üçlü dəmir əlavəsi anemiyanı müalicə edir, bağırsaq sağlamlığını qoruyur

18-10-2025

Yeni üçlü dəmir əlavəsi anemiyanı müalicə edir, bağırsaq sağlamlığını qoruyur

Elm adamları dəmir çatışmazlığı anemiyasının müalicəsində yeni bir üsul hazırlayıblar. Bu üsul dəmir, prebiyotiklər və probiyotikləri birləşdirən “üçlü dəmir əlavəsi” adlanır.

Azturkxeber.az “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqatın nəticələri “ACS Applied Materials & Interfaces” jurnalında dərc edilib.

Adətən dəmir çatışmazlığı anemiyasının müalicəsində istifadə olunan dəmir tabletləri bədəndə tam sorulmur və bağırsaqda artıq dəmir qalaraq iltihaba səbəb ola bilər. Yeni hazırlanan üçlü əlavə isə bu problemi aradan qaldırır.

Hindistanlı tədqiqatçılar Poonam Sagar və Nitin Kumar Singhal rəhbərliyindəki komanda əlavəni darı (taxıl növü), “Lactobacillus rhamnosus” adlı probiotik bakteriya və dəmir kompleksi əsasında hazırlayıb. Siçanlar üzərində aparılan sınaqlarda bu əlavənin hemoqlobin səviyyələrini bərpa etdiyi, dəmirin orqanizm tərəfindən yaxşı mənimsənildiyi, bağırsaqda iltihab yaratmadığı, faydalı bakteriyaların balansını qoruduğu müəyyən edilib.

Tədqiqatçılar bildirirlər ki, bu yeni əlavə gələcəkdə dəmir çatışmazlığı anemiyasının daha təhlükəsiz və effektiv müalicəsi üçün ümidverici nəticələr göstərir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031