azturkxeber.az
http://azturkxeber.az

"Strateji araşdırma və dövlət müdafiəsini idarəetmə akademik kursu"nda beynəlxalq həftə keçirilir

17-10-2025

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda "Strateji araşdırma və dövlət müdafiəsini idarəetmə akademik kursu" (SADMİAK) davam edir.

Kursun milli təhlükəsizlik bloku çərçivəsində dinləyicilər xarici ölkələrin, o cümlədən NATO ölkələrinin milli təhlükəsizliyə yanaşmaları ilə tanış olurlar.

Bu məqsədlə Türkiyə və Bolqarıstan Milli Müdafiə universitetlərinin müəllim-professor heyətləri tərəfindən milli təhlükəsizliyin müxtəlif aspektləri üzrə mühazirələr oxunub, dinləyicilərin sualları cavablandırılıb, bu sahədə maraq doğuran məsələlər barədə ətraflı müzakirələr aparılıb.

Kursda Azərbaycan Ordusunun və müxtəlif dövlət orqanlarının (qurumlarının) yüksək rütbəli və vəzifəli şəxsləri, habelə qardaş Türkiyə və Pakistan Silahlı Qüvvələrinin nümayəndələri strateji səviyyədə təhsil alırlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031