azturkxeber.az
http://azturkxeber.az

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərin nəzərinə

14-10-2025

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İxtisas komissiyaları bildirir ki, noyabr ayının 14-də saat 11:00-da ölkə ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında notariat fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqşünaslar üçün elan edilmiş müsabiqədə iştirak edən namizədlərlə test imtahanı keçiriləcək.

Test imtahanı Dövlət İmtahan Mərkəzi (DİM) ilə birlikdə DİM-in Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda kompüter vasitəsilə keçiriləcək.

İmtahanda buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər azı 1 saat əvvəl gəlməli, şəxsiyyət vəsiqəsini və imtahana buraxılış vərəqəsini mütləq təqdim etməlidirlər. Şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi olmadıqda namizəd imtahana buraxılmır.

Test imtahanı DİM tərəfindən ödənişli əsaslarla keçirilir. İmtahana buraxılış vərəqəsini DİM-in rəsmi saytında qeydiyyatdan keçməklə və müvafiq vəsaiti ödəməklə əldə etmək mümkündür.

İmtahana hazırlıqla bağlı “Yaddaş kitabçası”, “Test imtahanında kompüterdən istifadəyə dair Təlimat” və digər zəruri informasiya Ədliyyə Nazirliyinin rəsmi saytında yerləşdirilib, habelə Nazirliyə müraciət edənlər bu məlumatları əldə edə bilərlər.

Xatırladırıq ki, imtahanın keçirilməsi qaydalarına uyğun olaraq, test imtahanının nəticələrinə görə 60 və daha çox bal toplamış şəxslər ikinci mərhələyə - müsahibəyə buraxılacaqlar.

Əlavə məlumatları Nazirliyin rəsmi saytından, habelə (012) 510-10-01 (daxili nömrə: 10252 və ya 10270) nömrəli telefon vasitəsilə əldə etmək mümkündür.

İmtahan binasına getmək üçün naviqasiya məlumatları Nazirliyin rəsmi saytında yerləşdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031