azturkxeber.az
http://azturkxeber.az

Bu ilin doqquz ayında DSMF-nin xərcləri 5 milyard 628 milyon manat olub

08-10-2025

Bu ilin doqquz ayında DSMF-nin xərcləri 5 milyard 628 milyon manat olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 9 ayında proqnozla müqayisədə 6 faiz və ya 342 milyon manat çox olmaqla, 5 milyard 889 milyon manat təşkil edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 8 faiz və ya 331 milyon manat artaraq 4 milyard 663 milyon manat olub.

Yanvar-sentyabr aylarında DSMF-nin xərcləri 5 milyard 628 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz və ya 481 milyon manat çoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031