Sədərək kəndinə elektrik enerjisinin verilişində fasilələr olacaq
35/10 kilovoltluq "Sədərək" yarımstansiyasından qidalanan 10 kilovoltluq "Sədərək" hava elektrik verilişi xəttində payız-qış mövsümü ilə əlaqədar təmir işləri aparılacaq.
“Azərişıq” ASC-nin Naxçıvan RETSİ-dən verilən məlumata görə, buna görə sabah saat 15:00-dan 16:30-dək Sədərək rayonunun Sədərək kəndinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri davam etdirilir.