azturkxeber.az
http://azturkxeber.az

MDB Oyunlarında voleybolçu oğlanlar arasında mükafatçılar müəyyənləşib

06-10-2025

MDB Oyunlarında voleybolçu oğlanlar arasında mükafatçılar müəyyənləşib

 

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında 17 yaşadək voleybolçu oğlanlar arasında mükafatçılar müəyyənləşib.

Dairəvi sistem üzrə keçirilən yarışda bu gün son oyunlar baş tutub. Gəncə İdman Sarayında keçirilən ilk qarşılaşma Rusiya və Qırğızıstan komandaları arasında olub. Görüş Rusiya millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ardınca meydançaya Azərbaycan və Belarus yığmaları çıxıblar. Bu qarşılaşmada 3:1 hesabı ilə Belarus yığması qalib gəlib.

Beləliklə, oyunların nəticəsinə görə Rusiya millisi 12 xalla (4 qələbə) qızıl, Belarus yığması 9 xalla (3 qələbə) gümüş, Özbəkistan komandası isə 6 xalla (2 qələbə) bürünc medal qazanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031